Azərbaycan Ordusunun giziri şəhid olub

Azərbaycan Ordusunun giziri şəhid olub.

APA-nın məlumatına görə, hadisə dünən cəbhə bölgəsində qeydə alınıb. Ordumuzun giziri Kainat Məhəmmədəli oğlu Abdullayev düşmən gülləsinə tuş gəlib. O aldığı güllə yarasından şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Nazirlikdən bildirilib ki, dünən saat 20:45-də Tərtər rayonunun Çaylı kəndi yaxınlığında N saylı hərbi hissənin giziri 1989-cu il təvəllüdlü Abdullayev Kainat Məhəmmədəli oğlu düşmən gülləsindən şəhid olub.

Allah rəhmət eləsin!
Şərhlər
Hadisə bölməsinin xəbərləri