Bakının mərkəzində Fəvvarələr meydanında baş verən yanğın söndürülüb

Bakının mərkəzində Fəvvarələr meydanında yanğın baş verib.


Bu barədə Trend-ə hadisə şahidləri məlumat veriblər.


3 yanğınsöndürən maşın hadisə yerinə gəlib.


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında qısaqapanmadan kiçik yanğın baş verib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri