Qobustan rayonunda Antik dövrə aid saxsı qablar aşkarlanıb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna (AEİ) Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Pərviz Nəcəfov tərəfindən Qobustan rayonu Sündü kəndi ərazisindəki yeni orta məktəbin tikinti işləri zamanı saxsı qab nümunələrinin aşkar edilməsi haqqında məlumat daxil olub.

AMEA-dan APA-ya verilən məlumata görə, institut rəhbərliyinin göstərişi ilə AEİ-nin şöbə müdiri, bölgə üzrə arxeoloji ekspedisiyanın rəhbəri, t.ü.f.d. Akif Quliyev rayona ezam edilib və Dövlət Xidmətinin Qobustan rayon üzrə abidə mühafizəçisi Bəylər Ağayevlə birgə maddi-mədəniyyət nümunələrinin aşkar edildiyi əraziyə baxış keçirib.


Tədqiqatlar zamanı müəyyən edilib ki, ərazidə Antik dövrə aid nekropol mövcud olub. Akif Quliyev bildirib ki, əraziyə yayılmış daşlara əsasən, Antik dövr nekropolu daş qutu qəbirlərdən ibarət olub və ümumilikdə nekropol Qafqaz Albaniyasının xristianlıq ərəfəsindəki dövrə aiddir. Torpağın üst qatı ekskavator vasitəsi ilə götürüldüyündən nekropol dağıdılıb, mədəni təbəqə qarışıb. Abidənin aşkar edilməsi haqqında məlumat vaxtında müvafiq orqanlara çatdırılmadığından tikinti işləri zamanı abidənin çox hissəsi dağıdılıb.
Şərhlər
Maraqlı bölməsinin xəbərləri