Çində "ağıllı" elektrik avtomobilləri istehsal olunacaq




Çinin “Baidu” və “Geely” şirkətləri birgə “ağıllı” elektrik avtomobillər istehsal edəcək şirkət yaratmaq barədə razılığa gəliblər.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, “Geely” avtomobil istehsalını həyata keçirəcək, “Baidu” isə proqram təminatı və texnologiyaları hazırlayacaq.

“Baidu”nun açıqlamasına görə, yeni şirkət daha çox sərnişin nəqliyyat vasitələrinin istehsalına üstünlük verəcək.

“Baidu”nun rəhbəri Robin Li (Li Yanhonq) dünyanın ən böyük elektrokar bazarı olan Çində daha ağıllı məhsullara yaranan tələbatı qarşılamaq üçün bu irimiqyaslı layihəyə başladıqlarını bildirib.

Qeyd edək ki, Çində ən böyük axtarış sisteminə malik olan “Baidu”nun pilotsuz avtomobil idarəetməsi texnologiyası da var.

Qeyd edək ki, ötən gün “Hyundai” ilə “Apple” arasında da bu ilin mart ayında müştərək elektrik avtomobil istehsalına dair müqavilə imzalamaq niyyəti açıqlanıb.

Şərhlər
Maraqlı bölməsinin xəbərləri