Yaponiyada koronavirusun yayılma sürətinə dair eksperiment - Video



Yaponiyada bütün dünyaya yayılan koronavirus epidemiyası ilə əlaqədar bir təcrübə aparılıb.

Qafqazinfo TRT Haber-ə istinadən xəbər verir ki, qara işıq eksperimenti olaraq bilinən təcrübədə koronavirusun qapalı məkanda nə qədər sürətlə yayıla bildiyi sınaqdan keçirilib. Belə ki, restoranda aparılan təcrübədə 10 nəfərlik bir qrupda yalnız bir nəfərin əlinə yoluxmanı işarə edən boya çəkilib.

Yoluxmuş şəxs açıq bufetli qapalı bir restoranda 9 nəfərlə birlikdə yarım saat vaxt keçirib. Yarım saatdan sonra virusun digər 9 nəfərə necə ötürüldüyü, masa və stul kimi tez-tez toxunulan əşyaların səthinə necə yayıldığı göstərilib.



Şərhlər
Maraqlı bölməsinin xəbərləri