Sumqayıtda anasının evindən oğurluq edən şəxs həbs olunub

Sumqayıtda anasının evindən oğurluq edən şəxs həbs edilib.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 27-də qeydə alınıb. Şəhər sakini Şərqiyə Hacıbalayevanın evindən 6000 manat pul və qızıl əşyaları oğurlanıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin onun oğlu, əvvəllər məhkum olunmuş İlqar Hacıbalayev tərəfindən törədildiyi müəyyənləşib və o tutulub.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri