Heydər Əliyev prospekti yaxın günlərdə avtomobillərin hərəkəti üçün tam açıq olacaq

Heydər Əliyev prospekti yaxın günlərdə avtomobillərin hərəkəti üçün tam açıq olacaq Heydər Əliyev prospektinin "Şəfa" stadionu ərazisindəki sahəsi yaxın günlərdə avtomobillərin hərəkəti üçün tam açıq olacaq. Bu barədə bazar ertəsi Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Hazırda Heydər Əliyev prospektinin Müzəffər Nərimanov və 5-ci Köndələn küçələri ilə kəsişməsində yeni yeraltı tunel və piyada keçidinin tikintisi aparıldığından qeyd edilən ərazidə hərəkət qismən məhdudlaşıb.

Mürsəliyev deyib: "Sürücülər hazırda yardımçı yollardan istifadə edirlər, lakin yaxın vaxtlarda prospektin bu hissəsi üzrə hərəkət tam bərpa ediləcək".

Yeni tunel və piyada keçidinin tikintisi məsələsinə toxunan Mürsəliyev qeyd edib ki, tikinti işlərinin təqribən 60 faizi yerinə yetirilib. Xüsusilə, tunelin salınması çərçivəsində beton işləri tamamlanıb və artıq onun üzlənməsi və tərtibatı üzrə işlər aparılır.

Tikinti işləri yekunlaşdıqdan sonra sürücülər Müzəffər Nərimanov küçəsindən 5-ci Köndələn, həmçinin Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edə biləcəklər.

Onun sözlərinə görə, həmin ərazidə kompleksin tikintisi çərçivəsində kommunikasiya xətlərinin 80 faizi köçürülüb: "Kompleksi bu ilin sonunadək istismara vermək planlaşdırılır".
Şərhlər
Hadisə bölməsinin xəbərləri