Salyan sakini həyat yoldaşını amansızlıqla qətlə yetirib

Salyan sakini həyat yoldaşına 30-dan çox bıçaq zərbəsi yetirib.


APA-ya Salyan rayon prokurorluğundan verilən məlumata görə, ötən gün axşam saatlarında Salyan şəhər sakini 43 yaşlı Cəbrayıl Habil oğlu Əsgərov ailə münaqişəsi zəmnində həyat yoldaşı 36 yaşlı Asiya İsrail qızı Mustafayevanı otuzdan çox bıçaq zərbəsi vuraraq amansızlıqla qətlə yetirib. Cəbrayıl Mustafayev Salyan polisi tərəfindən həbs edilib.


Faktla bağlı Salyan rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri