Bakıda tuneldə ağır avtomobil qəzası baş verib

Bakı şəhərinin Həsən Əliyev küçəsi ilə Atatürk prospektinin kəsişməsindəki tuneldə ağır yol qəzası baş verib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə nəticəsində tuneldə bir neçə avtomobil toqquşub. Ərazidə tıxac yaranıb.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb və onlardan birinin Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti olduğu bildirilir.

Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır. Hadisə yerinə DSX-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi Azər İbrahimov və digər yüksək vəzifəli rəsmiləri gəliblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri