Sumqayıtda baş verən yol qəzasında 5 nəfər yaralanıb

İyulun 26-da saat 23.50 radələrində Sumqayıtda 5 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, H. Z. Tağıyev qəsəbəsinin ərazisində şəhər sakinləri Bəxtiyar İbrahimovun idarə etdiyi “VAZ-21015” markalı və Mansur Məhərrəmovun idarə etdiyi “Priora” markalı avtomaşınlar toqquşub. Nəticədə M. Məhərrəmovun xəsarət almış sərnişinləri, Sumqayıt şəhər sakinləri Şəhanə Məhərrəmova, Ülvi Abdulov, Sərxan Kəbirov, Əsmət Məhərrəmova və Əli Məhərrəmov xəstəxanaya yerləşdiriliblər.

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri