Avtomobili oğurladı, səkiyə çırpdı

Binəqədi qəsəbəsində avtomobil qaçıran şəxs tutulub.


Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ANS-ə verilən məlumata görə, iyunun 22-si saat 02:00 radələrində Binəqədi yolunda Biləcəri qəsəbə sakini Emin Zamanova məxsus «VAZ-21014» markalı qaçırımış avtomobil saat 02:30 radələrində Salamzadə-Zərdabi küçələrinin kəsişməsində səkiyə vurulumuş vəziyyətdə tapılıb.


Binəqədi RPİ 6-cı PB PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçıran Bakı şəhər sakini Aslan Zeynalov tutulub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri