Bakı-Ucar marşrutu qəzaya uğradı

Ucarda baş verən yol qəzasında çoxlu sayda xəsarət alanlar var.


APA-nın məlumatına görə, hadisə bu gün saat 17:00 radələrində Bakı-Qazax yolunun Ucar rayonunun Quləbənd kəndindən keçən hissəsində qeydə alınıb. Bakı-Ucar marşrutu üzrə hərəkət edən mikroavtobus yoldan çıxaraq aşıb. İlkin məlumata görə, hadisə nəticəsində 6 nəfər müxtəlif bədən xəsarətləri alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.


Xəstəxanadan verilən məlumata görə, yaralılardan birinin vəziyyəti daha ağırdır. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil, hazırda yaralıların şəxsiyyəti müəyyənləşdirilir. Hadisə yerində Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri