Bakıda dəhşətli avtomobil qəzası kameralarla qeydə alınıb [Video]

Bakıda dəhşətli avtomobil qəzası kameralarla qeydə alınıb [Video] Bakıda minik avtomobili mərkəzi küçələrin birində qaydanı kobud şəkildə pozaraq əks yolla yüksək sürətlə hərəkət edərkən yolayrıcında dəhşətli qəza törədib.


Trend xəbər verir ki, hadisə şəhərdə quraşdırılan müşahidə kameralarının yaddaşına həkk edilib. Hadisə zamanı qaydanı kobud şəkildə pozan minik avtomobili əvvəlcə kameranın əhatə dairəsindən kənarda qalan maşınla toqquşub.


Yüksək sürətlə hərəkətdə olduğundan qayda pozucusu daha sonra yolqırağında dayanmış "cip"ə çırpılıb, daha sonra dönmə hərəkətini yerinə yetirən digəri ilə toqquşaraq onu aşırıb.


Hadisə bununla da bitməyib. "Avtomobillərin qənimi" bundan sonra yolun kənarında dayanmış digər avtomobilə, o da zəncirvari olaraq digərinə çırpılıb. Yolayrıcını dönmək istəyən avtomobil isə aşaraq yolun kənarında dayanmış digərinə çırpılıb.


Videoçarxdanda göründüyü kimi, sürüc maşından düşən kimi qəza yerindən qaçıb.


Həmin qəzanı geniş videoblokdan 3:55 saniyədən 4:35 qədər izləyə bilərsiz:


Şərhlər
Hadisə bölməsinin xəbərləri