Şabranda dağlıq ərazidə güclü yanğın baş verib

Şabranda dağlıq ərazidə güclü yanğın baş verib Şabran rayonu, Ağabaş kəndində Şabran və Siyəzən rayonlarının bələdiyyələrinə məxsus dağlıq ərazidə ümumi 450 ha sahədə kol-kos yanıb.


Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, dağlıq ərazidəki ağaclar və yaxınlıqdakı mal-qara yataqları yanğından mühafizə olunub.


Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Bundan əvvəl Regional TV məlumat vermişdi ki, Siyəzən rayonunda dağlıq ərazidə güclü yanğın baş verib. Dərhal əraziyə Fövqəladə Hallah Nazirliyinin Siyəzən və Şabran Dövlət Yanğından Mühafizə hissələrinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.


Yanğın ümumilikdə 150 hektardan çox ərazini əhatə edib.


Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri