İki maşın toqquşdu, yolda dayanan piyada öldü

Toqquşan maşınların vurduğu piyada öldü.


Bakı Şəhər Baş Polis İdarəsindən ANS-ə verilən məlumata görə, Xəzər rayonu Mərdəkan qəsəbəsində Bakı şəhər sakinləri Dəyanət Eyvazovun idarə etdiyi "Daewoo" markalı və Elçin Məlikovun idarə etdiyi "Hyundai" markalı avtomobillər toqquşub.


Nəticədə, D.Eyvazovun idarə etdiyi avtomobil yolun kənarında dayanmış Gülxar Rəhimovu vurub. O, aldığı xəsarətdən iyulun 24-də 3 saylı xəstəxanada ölüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri