Bakıda «07» yolu keçmək istəyən piyadanı vurub

Bakının Maştağa kəndində piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.


"90 BC 263" nömrə nişanlı "VAZ 2107" markalı avtomobil kəndin "Məmmədyarov" dairəsi deyilən ərazisində yolu keçmək istəyən qadını vurub. Qadın hadisə yerindəcə keçinib. Hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin Sabunçu rayon şöbəsinin əməkdaşları və təcili yardım maşını gəlib. Qəzaya səbəb avtomobil evakuator vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb. Həyatını itirən qadın isə şəxsiyyətini müəyyən olunması üçün 3 saylı Şəhər Klinik Xəstəxanasına qaldırılıb.


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri