Biləsuvarda yanacaq daşıyan yük maşınının yanması nəticəsində 1 nəfər xəsarət alıb

Biləsuvarda yanacaq daşıyan "KAMAZ" markalı yük maşının yanması nəticəsində 1 nəfər xəsarət alıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, vətəndaşa məxsus "KAMAZ" markalı yanacaq daşıyan avtomobilin arxa təkərləri və yanacaq çənində ani alışma baş verib.

Yanğın zamanı avtomobili təmir edən 1 nəfər yanıq xəsarəti alıb.

Faktla bağlı müvafiq qurumlar təhqiqat aparır.

Yanğın saat 05:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri