Bərdədə kanalda batan şəxsin meyiti tapılıb

Bərdədə kanalda batan şəxsin meyiti aşkarlanıb.


APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, iyulun 22-də Yuxarı Qarabağ kanalının Bərdə rayonu Alpout kəndi ərazisindən keçən hissəsində batan 1977-ci il təvəllüdlü Nadirov Ceyhun Mirzə oğlunun axtarışları başa çatdırılıb.


C.Nadirovun meyiti batdığı yerdən 15 km aralıda FHN-in dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri