Şəkidə ilan kənd sakinini sancıb

Şəkinin Aşağı Şabalıd kəndində ilan sancma faktı qeydə alınıb.

Trend Kanal S-ə istinadən xəbər verir ki, hadisə Mustafayev Ələddin Cəmil oğlu öz ailəsi ilə birlikdə evlərinə qayıdan zaman baş verib. Belə ki, zərərçəkən avtomobili ilə gedərkən qarşılarına ilan çıxıb və o, avtomobilindən düşərək ilanı öldürmək istəyib. Əvvəlcə daşa əl atan Ələddin Mustafayev ilanı öldürə bilməyib. Əvəzində ilan kənd sakinini sancıb, amma Mustafayev ilanı öldürməyə macal tapa bilib.

Sonra Zərərçəkən Şəki şəhər Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Dərhal xəstəxəyə ilan əleyhinə zərdab vurulub. Həkimlərin sözlərinə görə xəstənin vəziyyəti qənaətbəxşdir. Xəsarət alan şəxsin bir-iki günə evə buraxılacağı bildirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri