Qubada baş verən qəzada 6 nəfər xəsarət alıb

Bu gün axşam saatlarında Quba rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Nügədi yolunun, Quba rayonunun Amsar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 31 yaşlı Quba rayon sakini Rəsul Rəsulovun idarə etdiyi 44 BE 149 qeydiyyat nişanlı “Vaz 21 011” markalı nəqliyyat vasitəsi 35 yaşlı Xaçmaz rayon sakini Rövşən Qədirovun idarə etdiyi 10 NX 436 dövlət nömrə nişanlı “Vaz 21 06” markalı avtomobilə çırpılıb. Nəticədə hər iki sürücü və avtomobillərdə olan 4 sərnişin müxtəlif dərəcəli xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralılara ilkin yardım göstərildikdən sonra onlar ambulator qaydada müalicəyə buraxılıb. İlkin ehtimala görə, qəza yüksək sürət və hər iki nəqliyyat vasitəsinin yol hərəkəti qaydasını pozması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri