Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş dörd nəfər xilas edilib

Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 4 nəfər xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Xaçmaz rayonunda dənizdə (“Nabran” sularda xilasetmə məntəqəsindən 800 m aralı nəzarətsiz ərazidə) 2 nəfər batma təhlükəsi ilə üzləşib. Onlar dalğıc-xilasedicilər tərəfindən xilas olunub.

Bakı şəhəri, Xəzər rayonunda dənizdə isə (“Nardaran-1” sularda xilasetmə məntəqəsindən 1600 m aralı nəzarətsiz ərazidə) 1 nəfər batma təhlükəsi ilə üzləşib və dalğıc-xilasedicilər tərəfindən xilas edilib.

Daha bir nəfər isə Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Zuğulba-3” sularda xilasetmə məntəqəsinin ərazisində) batma təhlükəsi ilə üzləşib.

Həmin şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri