Bakıda gecə liftdə köməksiz vəziyyətdə qalmış 4 şəxs xilas edilib

Bakıda liftdə qalmış 4 nəfər xilas edilib.


APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 4 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanıb.


Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 6-cı mərtəbəyə qaldırıb, qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.
Şərhlər
Hadisə bölməsinin xəbərləri