Sumqayıt dənizkənarı parkında 100 ədəd şam ağacı yanıb

Bu gün Sumqayıt dənizkənarı parkında yanğın baş verib.


APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nəticədə 7 ha sahədə quru ot və 100 ədəd (bəziləri qurumuş) şam ağacı yanıb.


Digər ağaclar yanğından mühafizə olunub.


Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri