Paytaxtda ikimərtəbəli ev yanıb

Bakıda yanğın hadisəsi baş verib.


APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 450 kv.m olan ikimərtəbəli mansard tipli evdə baş verib. Nəticədə evin mansardının yanar konstruksiyaları 150 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri