Masallıda turist ağacdan asılı qaldı

Masallı rayonunda istirahət mərkəzinə gələn turist dərənin dibində ağacdan asılı vəziyyətdə qalıb.


Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çağrılıb. ANS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, xilasedicilər turisti xilas ediblər.


Qeyd edək ki, istirahət edən vətəndaş dağlıq əraziyə qalxarkən ayağı büdrəyib və o, yuvarlanaraq dərənin dibindəki ağaca ilişib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri