Qara dəliyi dünyaya bu qız göstərdi




Ötən gün dünya mediasının gündəmini zəbt etmiş qara dəliyi Keti Bouman adlı 29 yaşlı alimin sayəsində görmək mümkün olub.

BBC-nin məlumatına görə, unikal təsvir onun yaratdığı xüsusi alqoritmin köməyi ilə əldə edilib.

Yer planetindən 500 milyon trilyon km uzaqda yerləşən kosmik obyektin təsviri çərşənbə günü yayımlanıb.

O, təsvirin əldə olunmasına imkan verən alqoritmi hələ üç il əvvəl Massaçusets Texnologiya İnstitutunda tələbə olan vaxt yaratmağa başlayıb.

Həmin alqoritm “Event Horizon” (səkkiz teleskopdan ibarət şəbəkə) layihəsi çərçivəsində çəkilmiş son dərəcə yüksək effektli şəklin render edilib vahid şəklə salmağa imkan verib.
Şərhlər
Maraqlı bölməsinin xəbərləri