Daşkəsən və Ağsuda avtomobil yanıb

Ötən gün axşam saatlarında ölkə ərazisində iki avtomobil yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Daşkəsən rayonunun Daşkəsən qəsəbəsində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus “AUDİ” markalı minik avtomobildə yanğın baş verib. Nəticədə avtomobilin yanar hissələri yanıb.
 
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
 
Digər hadisə Ağsu rayonunda qeydə alınıb. Rayonun Qiyaslı kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus "VAZ" markalı minik avtomobil yanıb. Nəticədə avtomobilin yanar hissələri yanıb.
 
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
 
Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri