FHN Şəmkirdə baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi Şəmkir rayonu ərazisində bu gün baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, rayon ərazisində, Şəmkir-Gədəbəy yolunun 4-cü kilometrliyində, “Toyota” markalı minik avtomobili və “PAZ” markalı avtobus toqquşub. Nəticədə, avtobus dərəyə yuvarlanıb. FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Müəyyən olunub ki, 1978-ci il təvəllüdlü Əbülfəz Elxan oğlu Əliyev hadisə yerində ölüb, 7 nəfər xəsarət alıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri ərazidə müvafiq xilasetmə və təhlükəsizlik tədbirləri həyata keçiriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri