Bakıda "İVECO" markalı avtobus aşıb, xəsarət alan var

Bakının Nizami rayonu ərazisində, metronun “Koroğlu” stansiyası yaxınlığındakı asma körpüdə “90 BV 139” dövlət nömrə nişanlı "İVECO" markalı avtobus aşıb.

Nizami Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, hadisə nəticəsində Ruslan adlı sürücü xәsarәt alıb. O “təcili yardım” maşını ilə xəstəxanaya aparılıb.

Məlumata görə, avtobusda sәrnişin olmayıb. Qəza texniki nasazlığı olan nəqliyyat vasitəsi tәmirә aparılarkən baş verib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri