Aparıcı Xoşqədəm Hidaytətqızının ailəsində baş verən faciənin təfərrüatları

İyulun 18-də İsmayıllı rayonunda baş vermiş faciəvi hadisənin təfərrüatları və ölən yeniyetmələrin adları məlum olub.


İsmayıllı rayon Polis Şöbəsindən verilən məlumata görə, Gəraybəyli kənd sakinləri 13 yaşlı Hakim Mustafayev və 14 yaşlı Bəxtiyar Abdullayev Girdiman çayının həmin kənd ərazisindən keçən hissəsində çimərkən boğulub. Hər iki yeniyetmənin meyiti sudan çıxarılıb və ailələrinə verilib. Yeniyetmələr dəfn edilib.


Məlumata görə, ölən hər iki uşaq tanınmış teleaparıcı Xoşqədəm Hidaytətqızının yaxın qohumlarıdır. Uşaqlardan biri aparıcının bacısının, digər isə bacısının baldızı oğludur. Məlumata görə, yeniyetmələr öz dayıları ilə kənd yaxınlığındakı anbara buğda almağa gediblər. Oradan qayıdarkən uşaqlar çayda çimərək sərinləmək istəyiblər. Bu zaman onlardan biri boğulub. Həmin uşağı xilas etmək istəyən digəri də suda boğularaq ölüb.




ANS, Lent.az
Şərhlər
Hadisə bölməsinin xəbərləri