Şirvanda qonşu-qonşusunu dəryazla qətlə yetirdi

Şirvanda qonşu-qonşusunu dəryazla qətlə yetirdi.

Trend-in cənub TV-yə istinadən xəbər verir ki, Şirvan şəhərində dəhşətli qətl hadisəsi baş verib. Qonşu-qonşusunu dəryazla qətlə yetirib. Hadisə gecə saat 22:00 radələrində Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində baş verib.

Qəsəbə sakini, Fərman Quliyev küçəsi 14 ünvanında yaşayan 1957-ci il təvəllüdlü Əliyev Vəlixan Sənan oğlu həmyerlisi, 1965-ci il təvəllüdlü Atakişiyev Fətixan Şahməmməd oğlu tərəfindən qətlə yetirilib. Hadisə şahidlərinin bildirdiyinə görə, odun yığmaqdan qayıdan Fətixan M.Rəsulzadə küçəsi 19 saylı yaşayış evinin qarşısında, dəryazı Vəlixanın ürəyinə soxub.Ürəyindən yaralanan Vəlixan Əliyev tanışının avtomobili ilə xəstəxanaya aparılarkən yolda keçinib. Qətlin hansı səbəbdən baş verdiyini aparılan istintaq araşdırmalarından sonra bəlli olacaq. Amma qəsəbə sakinləri qətli törədən Fətixan Atakişiyevin ruhi xəstə olduğunu da bildirdilər.

Fətixan Atakişiyev şübhəli şəxs qismində polis tərəfindən saxlanılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri