Şirvan sakini öz həmyerlisini oraqla qətlə yetirib

Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində iki nəfərin arasında baş verən mübahisə ölümlə nəticələnib.

Hacıqəhrəmanlı qəsəbəsi sakini 1960-cı il təvəllüdlü Fətixan Şahməmməd oğlu Atakişiyev həmyerlisi 1957-ci il təvəllüdlü Vəlixan Sərxan oğlu Əliyevin bədən nahiyəsindən bir neçə dəfə oraqla xəsarət yetirib. Yaralı V.Əliyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Lakin onun həyatını xilas etmək olmayıb. Mübahisənin qurbanı yoldaca keçinib.

Hadisəni səbəbkarı Fətixan Şahməmməd oğlu Atakişiyev Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, onun barəsində cinayət işi açılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri