Azərbaycanda 46 yaşlı kişi güllələnib

Azərbaycanda 46 yaşlı kişi güllələnib.


Ağdam Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Mirəşirli kəndində qeydə alınıb. 1967-ci il təvəllüdlü Arif Muxtar oğlu Səmədov naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində xəsarət alıb. A. Seyidov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.


Hazırda hadisəni törədən şəxsin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri