Bakıda yük maşını aşdı, yol bağlandı

Bu gün saat 13:00 radələrində Bakıda yük avtomobili aşıb.


Yol polisinin ANS-ə verdiyi məlumata görə, Naxçıvanski adına hərbi liseyin qarşısında “Shacman” markalı yük maşını yolun ortasındakı ayırıcı əyrixətli tirlərə çırpılaraq aşıb. Qəzadan sonra yol bağlanıb və tıxac yaranıb.


Hadisə şahidlərinin verdikləri məlumata görə, qəza nəticəsində sürücü yaralanıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri