Bakıda yeznə qaynını qətlə yetirib

Bakıda qətl törədilib.

Suraxanı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun 2-ci Mədən küçəsində qeydə alınıb.

Həmin küçədə yerləşən qeydiyyatsız evdə yaşayan, 1994-cü il təvəllüdlü Elçin Nizami oğlu Məmmədov ailə münaqişəsi zəminində qaynı Miroşniçen Nikolay Yevgeniyeviçi bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən E. Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri