Bakının mərkəzində sərnişin avtobusda güllələnib, insidentin səbəbləri məlum olub [Yenilənib]

Bakının mərkəzində sərnişin avtobusda güllələnib,  insidentin səbəbləri məlum olub [Yenilənib] Bakıda baş verən silahlı insidentin səbəbləri məlum olub.


Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. Anar Xəlilovun əlindəki ov tüfəngindən ehtiyatsızlıqdan atəş açılıb və güllə Vəfədar Məmmədova dəyib. Bel nahiyəsindən güllə yarası alan V. Məmmədov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.


Polisdən həmçinin bildirilib ki, hazırda hadisəni törədən A. Xəlilovun ifadəsi alınır. Hadisə barədə ictimaiyyətə əlavə məlumata veriləcək.


________________

14:21

Bakıda sərnişin avtobusunda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub.


Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisəni törədən Anar Xəlilovun 18 yaşlı var. Hadisə zamanı dünyasını dəyişən şəxsin kimliyi də müəyyənləşib. Onun 1975-ci il təvəllüdlü Vəfadar Məmmədov olduğu bildirilir.



Polisdən həmçinin bildirilib ki, qətl hadisəsi lüləsi kəsilmiş tüfənglə törədilib.



Hazırda insidentin baş vermə səbəbləri araşdırılır.




_____________________


13:57


Bakıda silahlı insident olub.


Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 13.00 radələrində Rusiya səfirliyinin yaxınlığında qeydə alınıb. 6 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusunda baş verən silahlı insident zamanı bir nəfər güllələnib.



Yaralı ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə aparılsa da, onu xilas etmək mümkün olmayıb.



Polisdən bildirilib ki, ölən şəxsin adı Vəfadardır. Hadisəni törədən isə Anar Xəlilov adında biridir. O, artıq saxlanılıb.



Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri