Goranboyda 40 ton quru ot yanıb

Goranboyda ötən axşam yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, rayonun Veysəli kəndində vətəndaşa məxsus ümumi sahəsi 176 kv.m olan tövlədə yanğın baş verib. Nəticədə, tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 40 ton quru ot yanıb.

Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri