Zərdabda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Zərdab rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.


Zərdab rayon polis şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Zərdab - Ağcəbədi əsas magistral yolunun Zərdab rayonunun Bıçaqcı kəndindən keçən hissəsində qeydə alınıb. Zərdab rayonunun Bıçaqcı kənd sakini 1983 –ci il təvəllüdlü Rzayev Şahin Fizuli oğlunun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə 1968-ci il təvəllüdlü Zülfiqar Rəhimovun idarə etdiyi “QAZEL” markalı yük maşını toqquşub. Nəticədə VAZ -2106 markalı avtomobilin sürücüsü ağır bədən xəsarətləri alıb.


Xəsarət alan Ş. Rzayev Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, orada ölüb.


Faktla bağlı Zərdab rayon polis şöbəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri