Xaçmazda maşın ağaca çırpılıb, ağac iki piyadanın üstünə düşüb

Bu gün günorta saatlarında Xaçmaz şəhərində yol nəqliyyat hadisəsi baş verib.


APA-nın verdiyi məlumata görə, hadisə şəhərin N.Nərimanov küçəsində qeydə alınıb.


99 EV 025 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomaşın yolun kənarında dayanan Xaçmaz şəhər sakini Natiq Əlişanova məxsus 27 BB 791 dövlət nömrə nişanlı avtomaşına çırpılıb. Daha sonra “Mercedes” yolun kənarındakı ağacı aşırıb. Ağac yoldan keçən iki piyada - 1991-ci il təvəllüdlü Xaçmaz şəhər sakini Cəbrayılova Rüfanə Akif qızı və 1997-ci il təvəllüdlü Sadıqova Aygün İnqilab qızının üstünə düşüb.


Hər iki şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxananın travmatologiya şöbəsinin müdiri Ağayar Quliyevin verdiyi məlumata görə, xəsarət alanların vəziyyəti orta ağırdır.


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri