Şəkidə 78 yaşlı qadın intihar edib

Şəkidə 78 yaşlı qadın intihar edib.

Şəki rayon-şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata əsasən, 1935-ci il təvəllüdlü, Şəki rayonu Bideyiz kənd sakini Babayeva Səyyarə Əziz qızı özünü yaşadığı evin eyvanından asaraq intihar edib. 78 yaşlı qadının hansı səbəbdən intihar etməsi araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı Şəki rayon-şəhər Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri