Bakıda avtobus piyadanı vurub öldürdü

Sabunçu rayonu ərazisində "Daewoo" markalı avtobusla Bakı şəhər sakini vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 15-də saat 01:50 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Əmir Mirzəyev idarə etdiyi "Daewoo" markalı avtobusla yolu keçən Bakı şəhər sakini Şaban Yunisovu vurub.

Nəticədə piyada Yunisov hadisə yerində ölüb.

Faktla əlaqədar cinayət işi açlıb, Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri