Xaçmazda iki maşın toqquşub, yaralılar var

Azərbaycanda ağır yol qəzası baş verib.


Xaçmaz Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol nəqliyyat hadisəsi Qəndob -Yalama yolunun 19-cu kilometrliyində, Canaxır kəndi ərazisində qeydə alınıb.


Hadisə nəticəsində Xaçmaz rayon sakinləri, 1976-cı il təvəllüdlü Elnur Məmmədəli oğlu Sultanovun idarə etdiyi “ 10-RO-647” dövlət nömrə nişanlı “QAZ 33-021” markalı yük avtomobili ilə 1989-cu il təvəllüdlü Məmmədəli İbrahim oğlu Məmmədovun idarə etdiyi “10-RP-711 dövlət nömrə nişanlı “ İnfiniti” markalı avtomobil toqquşub. Qəza nəticəsində maşınlar yanıb.


Yük avtomobilinin sürücüsü və sərnişini xəsarət alıb. Xəsarət alan sərnişinin vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanaların birinə gətirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri