Bakı bulvarında kütləvi dava: yaralılar var

Ötən gün axşam saatlarında Bakının Səbail rayonu ərazisində Bakı Bulvarında kütləvi dava baş verib.


Rayon Polis İdarəsindən ANS-ə verilən məlumata görə, kütləvi dava saat 20:40 radələrində, “Dalğa Plaza”nın yaxınlığında baş verib. Dava nəticəsində 4 nəfər yaralanıb. Yaralılar 20 yaşlı Orxan Əlizadə, 27 yaşlı Vüqar Orucov, 13 yaşlı Elnur Mirzəyev və 25 yaşlı Nadir Qədirov xəstəxanalara yerləşdirilib. Xəsarət alanların vəziyyətinin normal olduğu bildirilir.


İlkin ehtimala görə, dava qız üstündə düşüb. Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri