Quba sakini həmkəndlisi tərəfindən bıçaqlanıb

Ötən gün axşam saatlarında Quba rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, Quba rayonunun Dağüstü yaşayış massivinin sakini, 1973-cü il təvəllüdlü Əlisultanov Mahir Sultanməcid oğlu həmkəndlisi, 1982-ci il təvəllüdlü İbrahimov Zaur Qaflan oğlunu bıçaqlayıb. Xəsarət alan şəxs Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Mübahisə mal-qara otarmaq üstündə düşüb.

Quba rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən M. Əlisultanov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri