Mingəçevirdə baş verən avtomobil qəzasında 3-ü bir ailənin üzvü olmaqla, 5 nəfər xəsarət alıb

Mingəçevir şəhərində ağır avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə iyulun 14-də şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
 
Şəhər sakini Hacıyev Anar Aydın oğlunun idarə etdiyi 10 NR 879 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı minik maşını əks istiqamətdə hərəkət edən, Şükürov Nazim Ataş oğlunun idarə etdiyi 10 KV 617 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomaşınla toqquşub.
 
Hər iki avtomobilin sürücüsü və 10 KV 617 dövlət nömrə nişanlı avtomobildəki sərnişinlər - 1981-ci il təvəllüdlü İsmayılov Vaqif Kamil oğlu, 1985-ci il təvəllüdlü İsmayılzadə Könül Mehrac qızı və 2006-cı il təvəllüdlü İsmayılzadə Aytac Kamil qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 
Zərərçəkənlər Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri