Yevlaxda ağır yol qəzası nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Yevlaxda bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnmiş yol nəqliyyat hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Gülöyşə kəndində 1970-ci il təvəllüdlü Səbiyev Çingiz Həmid oğluna məxsus "VAZ" markalı minik avtomobili digər vətəndaşa məxsus "Mercedes" markalı maşınla toqquşub. Nəticədə "VAZ" markalı avtomobilin sürücüsü Ç. Səbiyev hadisə yerində vəfat edib. Onun cəsədi xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunaraq maşından çıxarılıb.

"Mercedes" markalı avtomobilin sürücüsü və avtomobildə olan bir nəfər sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları təhqiqat aparır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri