Şəmkirdə yük avtomobili yanıb

Şəmkirdə yük avtomobili banına yığılmış ot bağlamaları ilə birlikdə yanıb.


APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Keçili kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus yük avtomobilində yanğın baş verib. Nəticədə avtomobilin yanar hissələri, banına yığılmış 3 ton ot bağlaması və digər vətəndaşa məxsus 3 ha torpaq sahəsində biçilmiş otlaq sahə yanıb.


Ərazidəki elektrik dirəkləri yanğından mühafizə olunub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri