FHN göldə köməksiz qalmış 3 şəxsi xilas edib

Şəmkirdə göldə köməksiz vəziyyətdə qalmış 3 şəxs xilas olunub.


APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, rayonun Kür qəsəbəsində (rayon mərkəzindən 27 km aralı) göldə nasaz dəmir qayıqda 3 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Köməksiz qalmış şəxslər yanğınsöndürən-xilasedicilər tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil veriliblər.


Faktla bağlı müvafiq qurumlar təhqiqat aparır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri