Yüz ilin ən uzunmüddətli Ay tutulması



İyulun 27-də nadir astronomik hadisələrdən hesab edilən Ay tutulması və “bədrlənmiş Mars” adlandırılan ecazkar təbiət hadisəsi baş verəcək.


LİVE.az xəbər verir ki, bu tutulma 1 saat 43 dəqiqə çəkəcək və bu hadisə Dünyanın hər bir nöqtəsində görülə bilməyəcək.


Ölkəmizdə bu hadisə tam görülə biləcək.


Alimlərin fikrincə isə Ay tutulması zamanı əmələ gələn qırmızı və mavi rəngi "Rayleigh yayılması” ilə izah edir.


Məlumata görə, həmin gün Ay bütünlüklə tutulacaq və qırmızı rəngə boyanacaq. "Qanlı Ay tutulması” zamanı Yer Ayla Günəş arasında qalır. Günəşdən Aya gedən işığın qarşısı kəsilir.


Qeyd edək ki, Ay tutulması cümə günü, iyulun 27-də baş verəcək. "Qanlı Ay tutulması” Afrika və Avropada daha aydın görünəcək.
Təqribən 4 saat davam edəcək bu təbiət fenomeni yüz ilin ən uzunmüddətli Ay tutulması olacaq.

Şərhlər
Maraqlı bölməsinin xəbərləri