Arvadını bıçaqlayan kişi gizlənib

Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində ailələrin birində qanlı hadisə baş verib.


Rayon Polis İdarəsindən ANS-ə verilən məlumata görə, 48 yaşlı Mərdan İsmayılov həyat yoldaşı Ruqiyyə Əbilovanı bıçaqlayıb.


Daha sonra M.İsmayılov hadisə yerindən qaçıb. Qadın isə ağır halda xəstəxanaya yerləşdirilib. Polis arvadını qanına qəltan edən kişinin axtarışlarına başlayıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri